...

Azərbaycan prezidentinin İKT-nin Məkkədə keçiriləcək sammitində iştirakı gözlənilir

Siyasət Materials 5 Dekabr 2005 20:44 (UTC +04:00)
Azərbaycan prezidentinin İKT-nin Məkkədə keçiriləcək sammitində iştirakı gözlənilir

Azərbğaycan prezidenti İlham Əliyev, gözlənildiyi kimi, dekabrın 6-da Səudiyyə Ərəbistanına gedəcək. Bu barədə Trend ə Azərbaycan prezidentinin İcra aparatında bildirilib.

Dövlət başçısı dekabrın 7-8-də İslam konfransı Təşkilatının (İKT) Məkkədə keçiriləcək sammitində iştirak etmək niyyətindədir. Səfər çərçivəsində Azərbaycan prezidentinin xarici ölkələrdən olan həmkarları ilə danışıqlar aparacağı gözlənilir.

İKT 1969-cu ilin sentyabrında Rabatda müsəlman ölkələri dövlət və hökumət başçılarının konfransında təsis edilib. İKT-nin məqsədləri əsasən müsəlman dövlət başçılarının Rabatda (1969) və Məkkə bəyannaməsinin qəbul edildiyi Məkkədə (1981) keçirilən konfranslarda müəyyən edilib. Bu görüşlərin sənədlərinə müvafiq olaraq İKT fəaliyyətinin əsas məqsədləri bunlardır: islam həmrəyliyinin möhkəmləndirilməsi; islam dövlətləri arasında hərtərəfli əlaqələrin inkişafı; irqi ayrı seçkiliyin və diskriminasiyanın ləğv edilməsinə yardım; sülh və beynəlxalq təhlükəsizliyin dəstəklənməsi; Fələstin xalqına işğal olunmuş ərazilərin azad edilməsi də daxil olmaqla öz hüquqları uğrunda mübarizədə dəstək göstərmək; müstəqillik və milli haqlar uğrunda mübarizədə bütün islam xalqlarına dəstək; İKT üzvü dövlətləri və digər dövlətlər arasında əməkdaşlıq üçün şərait yaradılması. Hazırda İKT-nin 57 üzv dövləti və 10 müşahidəçi dövlət vardır. 1992-ci ildə Azərbaycan, Qırğızıstan, Türkmənistan, Tacikistan, 1995-ci ildə Qazaxıstan və 1996-cı ildə Özbəkistan İKT-yə daxil olub.

Xəbər lenti

Xəbər lenti