...

Azərbaycan prezidenti "Gəncəelektrikşəbəkə" və "Əli Bayramlıelektrikşəbəkə" SC-nin idarə edilməsi hüququna dair müqavilələrin ləğvinin təmin edilməsi haqqında sərəncam imzalayıb

Siyasət Materials 5 Dekabr 2005 21:02 (UTC +04:00)

Trend bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev dekabrın 5-də "Gəncəelektrikşəbəkə" və "Əli Bayramlıelektrikşəbəkə" SC-nin idarə edilməsi hüququna dair müqavilələrin ləğvinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

İqtisadi inkişaf nazirliyinə "Bakı Yüksək Gərginlikli Elektrik avadanlıqları" (BYGEA)SC-nin müraciətini nəzərə alaraq "Gəncəelektrikşəbəkə" və "Əli Bayramlıelektrikşəbəkə" SC-nin idarə edilməsi hüququna dair nazirliklə BYGEA arasında imzalanmış müqavilələrin ləcvinin təmin edilməsi tapşırılıb.Dövlət əmlakının idarə edilməsi üzrə Dövlət komitəsi, sənaye və energetika nazirliyinə "Azərenerji" SC ilə birgə bu sərəncamdan irəli gələn məsələlərin həll edilməsinin təmin edilməsi tapşırılıb.

Müqavilələrin ləğv edildiyi andan "Gəncəelektrikşəbəkə" və "Əli Bayramlıelektrikşəbəkə" SC "Azəreneji" nin tərkibinə verilir. Hər iki SC-nin səmərəli idarə edilməsi, onların əhatə etdiyi şəhər və rayonlarda elektrik enerjisi təchizatının yaxşılaşdırılması və abunəçilər tərəfindən sərf edilmiş elektrik enerjisinin haqqının ödənməsi ilə bağlı tədbirlər görülməsi tapşırılır.

Xəbər lenti

Xəbər lenti