...

Bəxtiyar Əliyev AŞPA komitəsinin iclasında iştirak etmək üçün Parisə gedib

Siyasət Materials 6 Dekabr 2005 11:05 (UTC +04:00)

"Milli Məclisin üzvü Bəxtiyar Əliyev dekabrın 6-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq, miqrasiya, qaçqınlar və əhali komitəsinin toplantısında iştirak etmək üçün Parisə gedib". Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Aqşin Babayev bildirib.

Qeyd edək ki, adıçəkilən komitənin iclası dekabrın 9-da başlanacaq. İki gün davam edəcək toplantıda Azərbaycan, Ermənistan və Gürcüstanda qaçqınların, eyni zamanda türk miqrantlarının Avropa dövlətlərində vəziyyəti müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti