...

Məmməd Əlizadə: "Məşvərət Məclisi sədrinin dəyişdirilməsi YAP-ın qərarından asılı ola bilər"

Siyasət Materials 6 Dekabr 2005 13:24 (UTC +04:00)

"Məşvərət Məclisi sədrliyinin dəyişdirilməsi hakim Yeni Azərbaycan Partiyasının (YAP) qərarından asılı ola bilər". Bu barədə Trend ə irqtidaryönlü partiyaların Məşvərət Məclisinin sədri Məmməd Əlizadə bildirib.

M.Əlizadə qeyd edib ki, qurumun yeni əsasnaməsində sədrlik məsələsi ilə bağlı müddət nəzərdə tutulmayıb: "Əvvəllər Məşvərət Məclisinin sədri 6 aydan bir seçilirdi. Ancaq yeni əsasnaməyə görə bu müddət aradan götürülüb. Zərurət yaranarsa sədr istənilən vaxt dəyişdirilə bilər".

YAP-ın Məşvərət Məclisində böyük səlahiyyət və sözə malik olduğunu qeyd edən M.Əlizadə bildirib ki, hər bir məsəlnin həlli onun qərarından asılıdır.

Onu da bildirək ki, M.Əlizadə 3 ildən artıqdır ki, Məşvərət Məclisinə rəhbərlik edir.

Xəbər lenti

Xəbər lenti