...

Azərbaycan prezidenti Səudiyyə Ərəbistanına səfərə gedib

Siyasət Materials 6 Dekabr 2005 14:23 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 6-da Səudiyyə Ərəbistanına yola düşüb. Bu barədə Trend ə Azərbaycan prezidentinin İcra Aparatından məlumat verilib.

Dövlət başçısı dekabrın 7-8-də Məkkədə keçiriləcək İslam Konfransı Təşkilatının sammitində iştirak etmək niyyətindədir. Səfər çərçivəsində Azərbaycan prezident xarici ölkələrdən olan həmkarları ilə danışıqlara aparacağı gözlənilir.

İKT 1969-cu ilin sentyabrında müsəlman ölkələrinin dövlət və hökumət başçılarının Rəbatda keçirilən konfransında yaradılıb. İKT-nın məqsədi müsəlman dövlətlərinin dövlət və hökumət başçılarının Rəbat (1969) və Məkkə bəyannaməsinin qəbul edildiyi Məkkə (1981) konfranslarında formalaşıb. Bu görüşlərdə qəbul edilmiş sənədlərə görə, İKT-nın fəaliyyətinin əsas məqsədi islam həmrəyliyinin möhkəmləndirilməsi, islam dövlətləri arasında hərtərəfli əlaqələrin inkişafı; irqi ayrı-seçkiliyin və müstəmləkəçiliyin aradan qaldırılmasına yardım; sülhün və beynəlxalq təhlükəsizliyin təmin edilməsi; Fələstin xalqına və işğal olunmuş ərazilərin azad olunması da daxil olmaqla onun öz hüquqları uğrunda mübarizəsinə dəstək; bütün islam xalqlarının müstəqillik və milli hüququ uğrunda mübarizəçsinin dəstəklənməsi; İTK üzvü olan ölkələrlə digər ölkələrin əməkdaşlığı üçün şəraitin yaradılmasından ibarətdir. Hazırda İKT-na

57 dövlət və 10 müşahidəçi dövlət daxildir. 1992-ci ildə Azərbaycan, Qırğızıstan, Tacikistan, Türkmənistan, 1995-ci ildə Qazaxıstan və 1996-cı ildə isə Özbəkistan İTK-na daxil edilib.

Xəbər lenti

Xəbər lenti