...

16 saylı Yasamal ikinci seçki dairəsinin namizədləri istintaqa ifadə veriblər

Siyasət Materials 6 Dekabr 2005 15:02 (UTC +04:00)

Parlament seçkilərində 16 saylı Yasamal ikinci seçki dairəsindən namizədliyini irəldi sürmüş bir neçə nəfər dekabrın 6-da Respublika Prokurorluğunda istintaqa ilk izahatlarını veriblər. Bu barədə Trend ə həmin namizədlərdən biri Akif Nağı məlumat verib.

Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğunda Yasamal və Nizami rayonları üzrə parlament seçkilərinin nəticələrinin araşdırılması ilə bağlı istintaq qrupu yaradılıb. Həmin qrup tərəfindən 16 saylı Yasamal ikinci seçki dairəsindən daxil olmuş şikayətlər əsasında cinayət işinin açılması üçün ilkin araşdırmalara başlanılıb.

Həmin dairədən namizəd olmuş Akif Nağı, Nadir Quliyev, Azad Kərimov, Fəxrəddin Babayev, Haqverdi Haqverdiyev və digərləri bu gün istintaqa ifadə verib və şikayətlərini təsdiqləyiblər. Faktlarla bağlı istintaq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti