...

Silahlı Qüvvələrimizin nümayəndələri bir sıra tədbirlərdə iştirak edirlər

Siyasət Materials 6 Dekabr 2005 15:17 (UTC +04:00)

Dekabrın 5-dən başlayaraq Silahlı Qüvvələrimizin nümayəndələri bir sıra hərbi tədbirlərdə iştirak edirlər. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

NATO ilə Aəzrbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində Bakı şəhərində keçirilən "Hərbi terminologiya", Ankara şəhərində isə keçirilən "İnsan alveri və qaçaqmalçılıqla mübarizə" kursları dekabrın 9-da yekunlaşacaq.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində keçirilən təlim və əməkdaşlıq üzrə tanışlıq səfəri dekabrın 7-də başa çatacaq.

Dekabrın 6-dan 8-dək San Dioqo şəhərində "Rapid Trident - 2006" təliminin ilkin planlaşdırma konfransı keçiriləcək.

Dekabrın 7-dən yanvarın 1-dək Ankara şəhərində "Rəqəmli xəritəçilik" kursu keçiriləcək.

İsveç Krallığının Lüzern şəhərində başlanmış "Vikinq 2005" təlimi dekabrın 8-də yekunlaşacaq.

Xəbər lenti

Xəbər lenti