...

Eldəniz Quliyev "Yeni Siyasət" seçki blokunun fəaliyyətini pisləyib

Siyasət Materials 6 Dekabr 2005 15:19 (UTC +04:00)

"Yeni Siyasət" seçki bloku seçkidən öncə və sonra fəaliyyətini düz qurmadı". Bu barədə Trend ə adıçəkilən blokun təsisçilərindən olan Azərbaycan Ziyalılar Hərəkatının rəhbəri Eldəniz Quliyev bildirib.

E.Quliyev onu da qeyd edib ki, blokdan iki nəfərin millət vəkili seçilməsinə baxmayaraq qarşıya qoyulan məqsədlərə nail ola bilməyiblər: "Bu bizim məğlubiyyətimizdir. İşimizi əvvəlcədən düz qurmadıq. Seçki təbliğatı zəif aparıldı, seçkidən sonra mübarizəmizdə də vəhdət yarada bilmədik".

E.Quliyev seçkilərdə məğlubiyyətə uğradıqlarının başlıca səbəbini təsisçilər arasında yaranan fikir ayrılığı ilə əlaqələndirib.

Xəbər lenti

Xəbər lenti