...

Ərşad Ömər İsmayıl: İraqda yaralanmış azərbaycanlıların olduğu yer haqqında müfəssəl məlumat yoxdur

Siyasət Materials 6 Dekabr 2005 16:12 (UTC +04:00)
Ərşad Ömər İsmayıl: İraqda yaralanmış azərbaycanlıların olduğu yer haqqında müfəssəl məlumat yoxdur

İraqda yaralanmış azərbaycanlıların olduğu yer haqqında müfəssəl məlumat yoxdur. Trend bildirir ki, bu barədə İraqın Azərbaycandakı səfiri Ərşad Ömər İsmayıl jurnalistlərə bəyan edib.

O, qeyd edib ki, azərbaycanlıların yaralanması barədə məlumat alındıqdan dərhal sonra İraq XİN bu şəxslərin təcili axtarışına başlayıb, amma ölkənin heç bir xəstəxanasında onları tapa bilməyib. "Bu adamlar Türkiyənin şirkətlərindən birində sürücü işləyirdi. Ola bilsin ki, hücumdan sonra onlar Türkiyəyə aparılıb və orada müalicə kursu keçirlər. Nə Bağdadın, nə də digər şəhərlərin xəstəxanalarından birində onlar dəqiq yoxdur"-deyə İraq diplomatı qeyd edib.O, əlavə edib ki, azərbaycanlılara hücum etmiş terrorçu artıq yaxalanıb və həbsxanadadır.

"İraqın XİN orqanı azərbaycanlıların hücum faktı üzrə şikayətinə baxmağa hazırdır"-deyə Ərşad Ömər İsmayıl fikrini bitirib.

Xatırladırıq ki, Azərbaycan vətəndaşı olan üç şəxs (Həsən Mirzəyev, Şərif Novruzov və Yaşvi Fərhan) noyabrın 16-da İraqın Xanəgin şəhərində baş vermiş atışmada yaralanıb. İlkin məlumata görə, üç yaralı Türkiyənin "Nikan" nəqliyyat şirkətinin əməkdaşlarıdır və onların vəziyyəti sabitdir.

Xəbər lenti

Xəbər lenti