...

Zakir Qaralov: "Eldar Salayevlə bağlı atılan humanist addım digər saxlanılanlar barədə tətbiq edilməyəcək"

Siyasət Materials 6 Dekabr 2005 16:47 (UTC +04:00)
Zakir Qaralov: "Eldar Salayevlə bağlı atılan humanist addım digər saxlanılanlar barədə tətbiq edilməyəcək"

"Eldar Salayevlə bağlı atılan humanist addım digər saxlanılanlar barədə tətbiq edilməyəcək". Trend məlumat verir ki, bu sözləri jurnalistlərlə söhbətində Azərbaycan Respukblikasının baş prokuroru Zakir Qaralov söyləyib.

Baş prokuror dövlət çevrilişinə cəhd əməlinə görə həbs edilmiş eks-nazirlər barədə həbs-qətimkan tədbirinin dəyişdirilməsinin mümkünsüz olduğunu bildirib.

"Bu cinayət işi ilə bağlı baş prokuror tərəfindən nəzarət həyata keçirilir. Eldar Salayev haqqında humanist akt ona görə qəbul olundu ki, onun səhhətində xüsusi prloblemlər müəyyən edilmişdi. Bu probleimlərlə bağlı o, şəxsən cənab Prezidentə müraciət etmişdi. Biz ekspert rəyindən sonra mənim təqdimatımla məhkəmə tərəfindən onun barəsindəki həbs qətimkan tədbirini dəyişdirdik. Eyni əməllərə görə saxlanılan digər şəxslər barədə belə tədbirlər nəzərdə tutulmur. Hazırda istintaq hərtərəfli və obyektiv aparılır".

Baş prokuror onu da bildirib ki, istintaqda həbs olunan şəxslərin vəkilləri də iştirak edir . Z.Qaralovun sözlərinə görə, hazırda Səhiyyə Nazirliyində, İqtisadi İnkişaf Nazirliyində və "Azərkimya" Dövlət Şirkətində təhqiqatlar aparılır.

"Bilirsiniz ki, bu qurumların sabiq rəhbərlərinin fəaliyyətində bir çox ciddi korrupsiya halları müəyyən edilib. İqtisadi İnkişaf Nazirliyinin Auksion Mərkəzində 300 mindən artıq vətəndaşa məxsus özəlləşdirmə paylarının mənimsənilməsi və digər çoxsaylı faktlar aşkar edilib. Ona görə də təftişlər təyin olunub və sözsüz ki, təftişlərin nəticəsində də bu şəxslərin əməllərinə hüquqi qiymət veriləcək" - deyə Z.Qaralov söyləyib.

Xəbər lenti

Xəbər lenti