...

AMİP, "Azadlıq" bloku və "Milli Birlik" Hərəkatı liderlərinin birgə toplantısı keçirilib

Siyasət Materials 6 Dekabr 2005 17:00 (UTC +04:00)

Dekabrın 6-da "Azadlıq" bloku, "Milli Birlik" Hərəkatı və Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) rəhbərlərinin birgə toplantısı keçirilib. Trend in məlumatına görə, "Azadlıq" bloku həmsədrləri Əli Kərimli, İsa Qəmbər, "Milli Birlik" Hərəkatının lideri Lalə Şövkət və AMİP sədri Əli Əliyevin birgə görüşündə parlament seçkilərinin nəticələrinə qarşı mübarizə üsulları, müxalifətin 10 dekabr aksiyası, beynəlxalq qurumlara müraciətlər, müxalifətin daxili münasibətləri və digər məsələlər müzakirə olunub.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli jurnalistlərə açıqlamasında bildirib ki, müxalifət liderləri 10 dekabr aksiyası ilə bağlı hazırlıq işlərini müzakirə edib. Qərara gəliblər ki, dekabrın 9-da saat 18.00-da müxalifətin birləşmiş mitinq komitəsinin son iclası keçirilsin. Ə.Kərimli qeyd edib ki, bu dəfə də Bakı Şəhər İcra Hakimiyyəti "Qələbə" meydanında aksiyaya izacə verməsə və "Motodrom"u təklif etsə, bunu müxalifətin aksiya keçirməsinə ümumiyyətlə imkan verilməməsi kimi qiymətləndirəcəklər. "Biz hansısa mərhələdə izacəsiz aksiyalar keçirəcəyik. Ancaq hələlik bu barədə qərarımız yoxdur"-deyə AXCP sədri bildirib.

Xəbər lenti

Xəbər lenti