...

Azərbaycan Respublikasının Baş Prokurorluğu Gürcüstan Respublikasının Baş Prokurorluğuna təkrar müraciət edib

Siyasət Materials 6 Dekabr 2005 17:00 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş Prokurorluğu "Monitor" jurnalının baş redaktoru Elmar Hüsenyovun qatillərinin yaxalanması ilə bağlı Gürcüstan Respublikasının Baş Prokurorluğuna təkrar müraciət edib. Trend məlumat verir ki, bunu jurnalistlərlə söhbətində Baş prokruor Zakir Qaralov söyləyib.

"Əvvəlki müraciətimiz əsasında Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları bəzi şəxlərin dindirilməsini həyata keçirmişdi. Hesab edirik ki, Gürcüstan ərazisində əlavə istintaq hərəkətləri aparılmalıdır. Gürcüstanın hüquq-mühafizə orqanlarının məlumatına görə, həm Tahir Xubanov , həm də Teymuraz Əliyev Gürcüstan ərazisində yoxdur. Cinayətkarların tapılması üçün həm Gürcüstanın hüquq mühafizə orqanlarının köməyinə ümid bəsləyirik, həm də İnterpol xətti ilə axtarışlar davam etdirilir", jeyə Z.Qaralov bildirib.

Baş prokuror onu da söyləyib ki, Elmar Hü2seynovun qətli ilə əlaqədar 9 ay əvvəl başlanmış istintaq Prezident İlham Əliyevin gündəlik nəzarətindədir. Baş prokuror mərhumun həyat yoldaşı Ruşaniyyə Hüseynovanın bir neçə gün əvvəl açıqladığı bəyanata da münasibət bildirib: "Həyat yoldaşı bəyanat verib ki, bu işlə bağlı tanıdığı şəxslər var. Bununla bağlı o bir daha MTN-ə dəvət olunub və ona bildirilib ki, tanıdığı şəxslər varsa, bu barədə istintaqa məlumat versin".

Xəbər lenti

Xəbər lenti