...

Parisdə Qərbi Avropa ittifaqı Assambleyasının sessiyası keçirilir

Siyasət Materials 6 Dekabr 2005 18:18 (UTC +04:00)

Parisdə Qərbi Avropa ittifaqı Assambleyasının (QAİA) üçgünlük 51-ci sessiyası keçirilir.Bu barədə Trend ə Azərbaycanın Milli Məclisində bildirilib.

Sessiyada NATO və Avropa Birliyi (AB) arasındakı əməkdaşlıq, AB-nin Balkanlarda rolu, beynəlxalq terrorizmlə mübarizə, Avropada təhlükəsizlik və müdafiə siyasəti kimi məsələlər müzakirə edilir. Həmçinin QAİA-nın 2006-cı il büdcəsi və digər məsələlər müzakirə obyekti olacaq. Sessiya dekabrın 7-də öz işini başa çatdıracaq.

Tədbirdə Azərbaycan parlamentinin deputatı Gövhər Baxşəliyeva iştirak edir.

Xəbər lenti

Xəbər lenti