...

Mübariz Qurbanlı: "Müxalifətçilər öz seçicilərinə verdikləri vədlərini yerinə yetirmirlər"

Siyasət Materials 6 Dekabr 2005 19:50 (UTC +04:00)

"Parlamentdə deputat mandatından imtina edən müxalifətçilər seçicilərinə verdikləri vədlərini belə yerinə yetirmirlər". Bu fikirləri Trend ə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icar katibinin müavini Mübariz Qurbanlı bildirib.

M.Qurbanlı deyib ki, cəmi bir neçə nəfərin Milli Məclisin iclaslarına qatılmaması ümumilikdə parlamentin boykot olunması deimək deyil. Çünki parlamenti fraksiya şəklində boykot etmək olar: "Onlar isə bir neçə nəfərdirlər. 2-3 nəfərin parlamentin iclaslarına gəlməməsi parloamentin qeyri-legitim olması demək deyil".

YAP funksioneri bildirib ki, iclaslara gəlməyən müxalifətçi deputatların mandatının ləğv olunması Milli Məclisin daxili Nizamnaməsi əsasında həll ediləcək. Qaydalara görə, Milli Məclisin 30-dan çox iclasında iştirak etməyən deputatın statusu ləğv edilir. Narazı müxalifətçi deputatların mandatı da buna uyğun qaydada ləğv olunacaq.

Xəbər lenti

Xəbər lenti