...

YAP-a üzv olmaq istəyən müxalifətçilərin sayı artır

Siyasət Materials 7 Dekabr 2005 13:24 (UTC +04:00)

"Müxalifətin 2005-ci il 26 noyabr mitinqində baş vermiş qarşıdurmadan sonra müxalifət partiyalarından Yeni Azərbaycan Partiyasına (YAP) üzv olmaq istəyənlərin sayı artır". Bu barədə Trend ə YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib.

YAP səlahiyyətlisi onu da bildirib ki, bu sırada Demokrat, Milli İstiqlal, Müsavat, Xalq Cəbhəsi və Vətəndaş Həmrəyliyi partiyaları üstünlük təşkil edir: "Müxalifət partiyalarının rayon təşkilatlarından YAP-ın rayon təşkilatlarına müraciətlər edilməkdədir". Müraciət edənlərin sayı barədə dəqiq məlumata malik olmadığını deyən H.Paşayev prosesin hələ də davam etdiyini vurğulayıb.

Qeyd edək ki, noyabrın 26-da "Qələbə" meydanında baş vermiş qarşıdurmanın ssenarisinin müxalifət liderləri tərəfindən hazırlandığı və meydana toplaşan insanların qanının töküldüyü ilə bağlı məsuliyyət daşıdıqlarına görə onlarla bir yerdə olmaqdan imtina edən müxalifətçilər YAP-a keçmək qərarını veriblər.

Xəbər lenti

Xəbər lenti