...

Rauf Arifoğlu: "Azadlıq" seçki blokunun qərarını təhlil etməliyəm"

Siyasət Materials 7 Dekabr 2005 13:44 (UTC +04:00)

"Azadlıq" seçki blokunun əlavə seçkiləri baykot etməsi qərarını təhlil edəndən sonra öz qərarımı verəcəyəm". Bu barədə Trend ə adıçəkilən blokun təsisçilərindən olan Müsavat Partiyası sədrinin müavini Rauf Arifoğlu bildirib.

Qeyd edək ki, R.Arifoğlu əlavə seçkilərdə iştirak etmək qərarında israrlı olduğunu bildirib.

"Azadlıq" seçki bloku isə dekabrın 6-da əlavə seçkiləri baykot etməklə bağlı qərar qəbul edib.

R.Arifoğlu bildirib ki, "Azadlıq" seçki blokunun əlavə seçkiləri baykot etməklə bağlı qərarı ilə hələ tanış deyil: "Blokun nə səbəbdən belə qərara gəlməsini, hansı arqumentlərlə əsaslandırmasını araşdırdıqdan sonra öz sözümü deyəcəyəm".

Başqan müavini onu da qeyd edib ki, adıçəkilən blokun qərar qəbul etdikdən sonra hansı mübarizə metodlarını nəzərdə tutduğu da nəzərə alınmalıdır: "Bu metodlar mənim qərarımın dəyişməsində böyük rol oynayır. Hələlik ö qərarımı verməkdə tələsmirəm".

Xəbər lenti

Xəbər lenti