...

Cənubi Qafqaz və Baltik ölkələrinin XİN başçıları qarşıdakı sammiti müzakirə edib

Siyasət Materials 7 Dekabr 2005 13:47 (UTC +04:00)

Yeni demokratik dövlətlərin qarşıdakı sammiti Cənubi Qafqaz və Baltik ölkələrinin XİN başçılarının qeyri-formal Lyublyana görüşündə diqqət mərkəzində olub. Bu barədə Trend ə Azərbaycanın Xarici İşlər nazirliyində məlumat verilib.

İlkin məlumata əsasən, sammit 2006-cı ilin mayında Vilnüsdə keçirilməlidir . Cənubi Qafqaz və Baltik ölkələrinin XİN başçılarının dekabrın 5-6-da Sloveniyada ATƏT-in xarici işlər nazirləri Şurasının toplantısı çərçivəsində 3-3 formatda keçirilən görüşündə tərəflər hər iki region arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparıb. Bundan başqa, Avropa strukturları çərçivəsində əməkdaşlıq yolları da müzakirəyə çıxarılıb.

Qeyd edək ki, Baltik və Cənubi Qafqaz ölkələri arasında belə əməkdaşlıq təşəbbüsü Litvaya məxsusdur. Oktyabrda Tiflisdə Gürcüstan və Litvanın xarici işlər nazirləri birgə bəyanat imzalayaraq Latviya, Estoniya, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərini bu təşəbbüsü dəstəkləməyə çağırıb. Bu məsələ Litva prezidenti Valdas Adamkusun Bakıya qısamüddətli səfəri zamanı, həmçinin, Vilnüsdə Litva və Ermənistanın XİN başçılarının görüşündə də müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti