...

Əli Məsimli: ABŞ-ın bəyanatı prezidentin sərəncamlarında və Seçki Məcəlləsində əksini tapan müsbət məqamlardan irəli gəlib

Siyasət Materials 7 Dekabr 2005 16:27 (UTC +04:00)

"ABŞ-ın Konstitusiya Məhkəməsinin qərarını dəstəkləməsi barədə bəyanatı Azərbaycanda seçki prosesində müsbət məqamların qiymətləndirilməsi ilə bağlıdır". Bu fikirləri Trend ə açıqlamasında Azad Demokratlar Birliyinin sədri, müxalifətçi millət vəkili Əli Məsimli bildirib

Əli Məsimli ABŞ-ın parlament seçkinin nəticələrinə dair Konstitusiya Məhkəməsinin qərarını alqışlaması barədə bəyanatından sonra "Azadlıq" blokunun bu dövlətə qarşı ittihamlarla çıxış etməsinə münasibət bildirərkən, deyib ki, bu məsələyə yalnız birtərəfli yanaşmaq düzgün deyil. Əli Məsimli hesab edir ki, 6 noyabr parlament seçkilərinə dair həm ATƏT-in ilkin rəyi, həm də ABŞ Dövlət Departamentinin rəyi boş-boşuna və əsassız yerə verilməyib: "Bu rəylər havadan götürülməyib, əksinə, konkret olaraq prezidentin seçki ilə bağlı 11 may və 25 oktyabr tarixli sərəncamlarında, həmçinin Seçki Məcəlləsində əksini tapan mütərəqqi, müsbət məqamlarla əlaqədardır. Bu rəylərə görə, seçkidə müsbət məqamlar, eyni zamanda nöqsanlar da var. ABŞ həmin müsbət tərəfləri qeyd etməklə demokratik seçki sahəsində daha böyük irəliləyişlərə, inkişafa nail olunmasını dəstəklədiyini nümayiş etdirir"-deyə Ə.Məsimli vurğulayıb.

Xəbər lenti

Xəbər lenti