...

Dekabrın 10-da və 11-də Parisdə "21 Azər" Hərəkatına həsr olunmuş tədbirlər keçiriləcək

Siyasət Materials 7 Dekabr 2005 16:36 (UTC +04:00)

Dekabrın 10-da və 11-də Fransanın paytaxtı Parisdə Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə "21 Azər" Hərəkatının ildönümünə həsr olunmuş kütləvi tədbirlər keçiriləcək. Bu barədə Trend ə Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) məlumat verilib.

Qeyd edək ki, dekabrın 12-si tarixə "21 Azər" adı ilə düşmüş Cənubi Azərbaycanın Milli Azadlıq Hərəkatının ildönümüdür. Bu məqsədlə Cənubi və Azərbaycanda Respublikasında, həmçinin dünyanın müxtəlif yerlərində bu tarixi gün qeyd ediləcək.

Milli Azadlıq Hərəkatının ildönümü iəl bağlı Parisdə keçiriləcək mərasimlərində Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvləri də iştirak edəcəklər. VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı bu tədbirlərdə iştirak etmək üçün dekabrın 8-də Fransaya yola düşəcək. DAK sədrinin müavini Sabir Rüstəmxanlı dekabrın 13-də Azərbaycana dönəcək.

Xəbər lenti

Xəbər lenti