...

Azərbaycan Ziyalılar Birliyi yaradılacaq

Siyasət Materials 7 Dekabr 2005 16:38 (UTC +04:00)

"Azərbaycan Ziyalılar Birliyi (AZB) yaradılacaq". Trend xəbər verir ki, bu barədə AZB-nin yaradılmasında təşəbbüs göstərən Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi, sənətşünaslıq elmləri doktoru, professor Rafiq İmrani bildirib.

R.İmrani qeyd edib ki, təsis konfransı keçirilməsə də artıq təşkilatın strukturu formalaşdırılıb: "Yaxın günlərdə birliyin təsis konfransını keçirməyi planlaşdırmışıq. Məqsədimiz cəmiyyətdə ziyalıların təbəqələrə bölünməsinin, ziyalıların siyasi mənsübiyyətinə görə seçilməsinin qarşısını almaqdır".

Professor onu da bildirib ki, AZB siyasi əqidəsinə görə mövqe tutmamalıdır: "Azərbaycan ziyalısı yalnız dövlətinin gələcək inkişafı üçün düşünməlidir. İndiki kimi hansısa fərqlərin mövqeyindən çıxış etməməlidir. Məqsədimiz bu istiqamətdə təşkilatlanmaqdır".

Xəbər lenti

Xəbər lenti