...

Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyanın növbəti iclası gələn ilin əvvəllərində keçiriləcək

Siyasət Materials 7 Dekabr 2005 18:13 (UTC +04:00)
Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyanın növbəti iclası gələn ilin əvvəllərində keçiriləcək

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının növbəti iclası gələn ilin əvvəllərində keçiriləcək.Bu barədə Trend ə Azərbaycanın Gürcüstanda Fövqəladə və Səlahiyyətli səfiri Ramiz Həsənov məlumat verib.

Onun sözlərinə görə, komissiyanın növbəti iclasına hazırlıq üzrə işlər iki ölkənin hökumətləri səviyyəsində aparılacaq. Gündəliyə iki ölkənin ticarət-iqtisadi əməkdaşlığının eləcə də, energetika, nəqliyyat və digər sahələrdə genişləndirilməsi üzrə məsələlər daxildir.

Səfirin sözlərinə görə, iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasından fərqli olaraq , dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə hökumətlərarası komissiyanın iclası ilin sonlarında keçiriləcək. Səfir bildirib ki, bu dəfə iclas Tbilisidə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti