...

QAT dəyirmi masalar təşkil edəcək

Siyasət Materials 8 Dekabr 2005 11:35 (UTC +04:00)

"Qarabağ Azadlıq Təşkilatı (QAT) Macarıstanda məhkəməsi aparılan azərbaycanlı zabit Ramil Səfərov və Qarabağ partizanlarının hüquqlarının müdafiəsi ilə bağlı dekabrın 13 və 22-də dəyirmi masa keçirəcək". Bu barədə Trend ə QAT sədri Akif Nağı bildirib.

A.Nağı qeyd edib ki, keçiriləcək hər iki dəyirmi masada hüquq müdafiəçiləri, vəkillər və ölkədə fəaliyyət göstərən bir sıra xarici səfirliklərdən nümayəndələr dəvət olunacaqlar: "Məqsədimiz həbsdə olan Qarabağ partizanları və Ramil Səfərovun hüquqlarının müdafiəsini daha yaxşı təşkil etməkdir. Bunun üçün müxtəlif beynəlxalq instansiyalara müraciət olunmalıdır".

Xəbər lenti

Xəbər lenti