...

AŞ Azərbaycan prezidentinin "Bələdiyyələr haqqında" qanun ilə bağlı mövqeyini alqışlayır

Siyasət Materials 8 Dekabr 2005 13:32 (UTC +04:00)
AŞ Azərbaycan prezidentinin "Bələdiyyələr haqqında" qanun ilə bağlı mövqeyini alqışlayır

"Biz çox şadıq ki, Azərbaycan dövlətinin başçısı cari ilin sentyabrın sonunda Azərbaycan tərəfinə təqdim edilmiş "Bələdiyyələr haqqında" yeni qanunla bağlı Avropa Şurası (AŞ) ekspertlərinin tövsiyələrinin zəruri olduğunu nəzərə alıb. Trend bildirir ki, Azərbaycanın regional özünüidarə orqanları Assosiasiyasının (RÖOA) yaradılması üzrə işçi qrupunun ilk görüşündə AŞ baş katibinin Bakıdakı xüsusi nümayəndəsi Mats Lindberq bu barədə bəyan edib.

"Təəssüf ki, həmin tövsiyələr vaxtında tərcümə olunmaması səbəbindən parlament tərəfindən oktyabrda qəbul edilmiş qanunda nəzərə alınmayıb"-deyə M.Lindberq qeyd edib və bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev qanun layihəsini işlənib başa çatdırılmaq üçün parlamentə geri qaytarıb. Onun sözlərinə görə, həmin qanunverici akt layihəsinə parlamentdə yenidən baxılanda Avropa ekspertlərinin tövsiyələri Qanunda öz əksini tapa bilər və bu da onun daha mütərəqqi sənəd olaraq müəyyən edilməsinə imkan verər.

Müxalifətin Azərbaycan parlamentinin iclasını boykot etməyinə toxunan M.Lindbreq deyib ki, "Şübhəsiz ki, parlamentdə iqtidaryönlü partiyalarla yanaşı, müxalifət partiyaları nümayəndlələrinin də təmsil olunması yaxşı olardı. Bu, daha konstruktiv dialoq aparılmasına imkan verərdi".

AŞ baş katibinin Bakıdakı xüsusi nümayəndəsi həmçinin Azərbaycanın yeni paplamentinin AŞ-də mandatının təsdiq edilməsinə dair məsələyə baxılması mövzusuna da toxunub. O, qeyd edib ki, həmin məsələyə AŞ daimi komitəsinin Buxarestdə keçirilən iclasında baxılıb və həmçinin bu məsələyə AŞ-nin Strasburqda keçiriləcək yanvar sessiyasında da baxılacaq.

Sonda M.Lindberq MKİ həbsxanalarının Avropa dövlətləri və postsovet məkanında yerləşməsi məsələsinə toxunub. "AŞ Azərbaycanda belə həbsxanaların mövcud olması imkanına inanmır. Həmin məsələnin araşdırılması məqsədilə xüsusi qrup yaradılıb və həmin qrup MKİ-nin olması bəyan edilən ölkələrə gedəcək. Amma mənə elə gəlir ki, bu, Azərbaycana aid deyil".

Xəbər lenti

Xəbər lenti