...

10 dekabr aksiyası ilə bağlı müxalifətin birləşmiş mitinq komitəsi bu gün müvafiq qərarlar verəcək

Siyasət Materials 8 Dekabr 2005 14:04 (UTC +04:00)

Müxalifətin Birləşmiş Mitinq Komitəsinin iclası bu gün saat 18.00-da keçiriləcək. Bu barədə Trend ə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimov məlumat verib.

Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahında keçiriləcək toplantıda müxalifətin 10 dekabr aksiyası ilə bağlı məsələlər müzakirə olunacaq. Bu yürüş-mitinqə hazırlıq işləri barədə məlumatlar veriləcək, həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin verəcəyi cavabı müzakirə olunacaq və bununla əlaqədar müvafiq qərar veriləcək.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, 10 dekabr aksiyası ilə bağlı rəsmi cavab dekabrın 8-də günün ikinci yarısında veriləcək.

Sözügedən yürüş-mitinqdə "Azadlıq", "Yeni Siyasət", "Milli Birlik" blokları və digər siyasi partiyalar iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti