...

Azərbaycanın xarici işlər nazirinin müavini XİN AATŞ-in iclasında iştirak edir

Siyasət Materials 8 Dekabr 2005 15:00 (UTC +04:00)

Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov XİN başçıları Avro-Atlantik tərəfdaşlığı Şurasının (XİN AATŞ) dekabrın 7-8-də Brüsseldə iştirakçı ölkələrin və tərəfdaşların xarici siyasət idaərləri başçıları səviyyəsində keçirilən növbəti iclasında iştirak edir. Bu barədə Trend ə AR XİN-də bildirilib.

NATO-dan və tərəfdaş ölkələrdən olan xarici işlər nazirləri əsas transatlantik siyasi problemləri müzakirə etmək üçün görüşüblər. Nazirlər həmçinin NATO-nun istismar genişləndirmə planını müzakirə edəcək. AATŞ-nin Brüsseldə keçirilən iclası çərçivəsində həm də Şuranın NATO -Rusiya, NATO-Ukrayna görüşləri keçiriləcək.

İclasda gələn ilə əməkdaşlıq məsələləri müzakirə edilir, beynəlxalq vəziyyətlə bağlı fikir mübadiləsi aparılır və bunların arasında Əfqanıstan, İraq, Balkan dövlətləri və Yaxın Şərq ölkələrinəi dair məsələlər, eləcə də tərəfdaş ölkələrin təşkilata inteqrasiyasına dair geniş məsələlər vardır.

Xəbər lenti

Xəbər lenti