...

ATƏT-in Minsk Qrupunun həmsədləri dekabrın 1417-də Dağlıq Qarabağ münaqişəsi regionuna baş çəkəcəklər

Siyasət Materials 8 Dekabr 2005 15:17 (UTC +04:00)
ATƏT-in Minsk Qrupunun həmsədləri dekabrın 1417-də Dağlıq Qarabağ münaqişəsi regionuna baş çəkəcəklər

ATƏT-in Minsk Qrupunun (MQ) həmsədrləri ilkin məlumatlara görə, dekabrın 14-17-də Dağlıq-Qarabağ münaqişəsi regionlarına baş çəkəcəklər. Bu barədə Trend ə ATƏT-in MQ-nun rusiyalı həmsədri Yuri Merzlyakov eksklyuziv məlumat verib.

Vasitəçilər dekabrın 14-15-də Yerevanda, 16-17-də isə Bakıda olacaqlar. Bu dəfə həmsədrlər Dağlıq Qarabağa səfər etməyəcəklər. "Bu dəfə bizim buna vaxtımız çatmyacaq. Əlbəttə ki, Dağlıq Qarabağın "rəhbərliyi" ilə Yerevanda görüşəcəyik. Hələlik planlarımız belədir", - deyə Y.Merzlyakov əlavə edib.

Rusiyalı diplomat dekabrın 5-də Lyublyanada Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə MQ həmsədrlərinin məsləhətləşmələrini müsbət qiymətləndirib. "Biz artıq faktiki olaraq tərəflərə onlar üzərində düşünmək və cavab vermək imkanı vermək üçün öz təkliflər paketimizi təqdim etmişik", -deyə bildirib.

Y.Merzlyakov bildirib ki, prezidentlərinin yanvar görüşünün tarixi və yeri hələ dəqiqləşdirilməyib. "Bu elə regiona səfərin gedişində müəyyən olunacaq. Bunu bizə prezidentlər deməlidir", -deyə o, sonda bildirib.

Xəbər lenti

Xəbər lenti