...

Polis mayoru daxili işlər orqanından xaric edilib

Siyasət Materials 8 Dekabr 2005 17:28 (UTC +04:00)

Daxili işlər naziri Ramil Usubovun əmri ilə Gəncə şəhəri, Nizami rayon Polis Şöbəsinin cinayətaxtarış bölməsinin rəisi polis mayoru Koroğlu Qasımov daxili işlər orqanından xaric edilib. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Koroğlu Qasımovun qanunsuz əməlləri ilə bağlı vətəndaşların prokurorluq orqanına şikayətlər əsasında araşdırma aparılıb və polis mayoru barəsində Azərbaycan Respublikası Baş Prkourorluğu tərəfindən Cinayət Məcəlləsinin 309-cu (zor tətbiq etməklə vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.

Dekabrın 8-də isə o, daxili işlər nazirinin əmri ilə daxili işlər orqanından xaric edilib.

Qeyd edək ki, Koroğlu Qasımov oğurluq əməlində şübhəli bilinən Gəncə şəhər sakinləri Eşqimin Həmidovu və Bağban Əliyevi noyabırn 6-dan 10-na qədər polis şöbəsində qanunsuz saxlayıb və həmin vətəndaşlara qarşı zor tətbiq edib.

Xəbər lenti

Xəbər lenti