...

Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri Sərdar Denktaş Asim Mollazadəni təbrik edib

Siyasət Materials 8 Dekabr 2005 18:19 (UTC +04:00)

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) baş nazir müavini və xarici işlər naziri Sərdar Denktaş Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadəyə millət vəkili seçilməsi münasibəti ilə təbrik məktubu göndərib. Bu barədə Trend ə Demokratik İslahatlar Partiyasından (DİP) məlumat verilib.

Sərdar Dentkaş məktubunda əmin olduğunu bildirib ki, Asim Mollazadə Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasında mövcud iş birliyi və əlaqələrin davam etdirilməsində səylərini əsirgəməyəcək.

Asim Mollazadə də ona cavab məktubunda ŞKTC-nin inkişafına, qarşılaşdığı sıxıntılardan qurtarmasına, dünyaya açılmasına yardım göstərməyə hazır olduğunu deyib. Millət vəkili bu işdə hər zaman Sərdar Denktaş və Rauf Denktaşın yanında olacağını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti