...

11 dekabrda mitinq keçirməyi planlaşdıran partiyalar Bakı şəhər İcra Hakimiyyətinin "Motodrom" təklifini qəbul etməyib

Siyasət Materials 8 Dekabr 2005 19:10 (UTC +04:00)

Üç müxalifət partiyası 11 dekabrda "Qələbə" meydanında planlaşdırdığı aksiyanı təxirə salıb. Bu barədə Trend ə Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidov məlumat verib.

Qeyd edək ki, Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) və Azərbaycan Fədailər Partiyası dekabrın 11-də "Qələbə" kinoteatrının qarşısında mitinq keçirməyi planlaşdırıb. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. Lakin şəhər rəhbərliyinin dekabrın 8-də aksiyanın təşkilatçılarına göndərdiyi cavab məktubunda bildirilib ki, dekabrın 11-nə planlaşdırlan aksiyanın saat 15.00-dan 17.00-dək Biləcəri qəsəbəsində yerləşən Könüllü Hərbi Vətənpərvərlik və Texniki İdman Cəmiyyətinin stadionunda (Motodrom) keçirilməsi məqsədəuyğun hesab edilir.

İsgəndər Həmidov bildirib ki, onlar "Motodrom"da mitinq keçirməyəcəklər. Həmçinin, "Qələbə" meydanında da icazəsiz aksiyaya cəhd göstərilməyəcək. Buna görə də 11 dekabr yürüş-mitinqi təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti