...

Azərbaycanla Rusiya arasında dövlət sərhədinin delimitasiyası üzrə növbəti toplantı Rusiyada keçiriləcək

Siyasət Materials 8 Dekabr 2005 19:43 (UTC +04:00)

"Azərbaycanla Rusiya arasında dövlət sərhədinin delimitasiyası üzrə iki ölkənin Dövlət Komissiyalarının növbəti toplantısı Rusiyada keçiriləcək". Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirlyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, 2005-ci ilin 5-8 dekabr tarixində Bakıda Azərbaycanla Rusiya arasında dövlət sərhədinin delimitasiyası üzrə hər iki ölkənin Dövlət Komissiyalarının 10-cu birgə iclası keçirilib.

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Rusiyanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri A.Yakovenkonun rəhbbərlik etdiyi Dövlət Komissiyalarının birgə iclasının işində iki ölkənin Dövlət Komissiyasının üzvləri, əlaqədar dövlət orqanlarının nümayəndələri və ekspertləri, həmçinin, sərhəd rayonların rəhbərləri iştirak ediblər.

İclasda razılaşdırılmamış sahələrdə dövlət sərhəd xəttinin keçilməsi məsələlərinə baxılmış, habelə dövlət sərhədinin delimitasiyası üzrə əlavə normativ hüquqi sənədlər, torpaq quruluşuna və istifadəsinə aid kartoqrafik materiallar araşdırılıb.

Xəbər lenti

Xəbər lenti