...

Məzahir Pənahov: "Mərkəzi Seçki Komissiyası yaxın günlərdə paylanılacaq deputat vəsiqələrini hazırlayıb"

Siyasət Materials 8 Dekabr 2005 21:05 (UTC +04:00)
Məzahir Pənahov: "Mərkəzi Seçki Komissiyası yaxın günlərdə paylanılacaq deputat vəsiqələrini hazırlayıb"

Mərkəzi Seçki Komissiyası yaxın günlərdə paylanılacaq deputat vəsiqələrini artıq hazırlayıb. Trend in xəbər verdiyi kimi, bu barədə dekabrın 8-də MSK sədri Məzahir Pənahov məlumat verib.

O, seçki kampaniyalarının nəticələrini yüksək qiymətləndirərək qeyd edib ki, Seçki Məcəlləsinin pozulması ilə bağlı bir neçə fakt istisna olunmaqla seçkilər qanun çərçivəsində keçirilib. "Bütün beynəlxalq təşkilatlar Azərbaycanla əməkdaşlıq etmək arzusunda olduğunu bildirib ki, bu da seçkilərin demokratik keçirildiyini təsdiq edir", - deyə o bildirib.

MSK sədri, həmçinin, onu da qeyd edib ki, dekabrın 8-nə MSK-ya deputat mandatından imtina haqqında hər hansı bir rəsmi müraciət daxil olmayıb. "Təkrar seçkilər 1 dairədə keçiriləcək, onların tarixi isə yaxın vaxtlarda açıqlanacaq", - deyə o əlavə edib.

M.Pənahov "Azadlıq" bloku tərəfindən MSK-nın müxalifətdən olan üzvü Vidadi Mahmudlunun satqınlıqda təqsirləndirilməsi məsələsinə də toxunub. "V.Mahmudlu əsl Azərbaycan vətəndaşı kimi hərəkət edib və mən onun bu mövqeyini təqdir edirəm", - deyə o vurğulayıb.

6 noyabr seçkilərinin keçirilməsinə sərf olunmuş vəsaitin həcminə gəldikdə, MKS sədri bununla bağlı hesabatın hazırlanacağını bildirib. "Bu məsələ ilə əlaqədar heç bir problem yoxdur və biz dəfələrlə belə sənədlərlə çıxış etmişik", - deyə M.Pənahov əlavə edib.

Xəbər lenti

Xəbər lenti