...

Xarici ölkələrdə hərbi xidmətini başa vurmuş bir neçə sülhməramlı əsgərimiz Azərbaycana qayıtmağa hazırlaşır

Siyasət Materials 9 Dekabr 2005 11:46 (UTC +04:00)

Azərbaycandan Əfqanıstan, Kosovo və İraqa ezam olunmuş sülhməramlı əsgərlərdən daha bir neçəsi həmin ölkələrdə hərbi xidmətini başa vurduqları üçün ölkəyə qayıtmağa hazırlaşır. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə nazirliyinin mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyev məlumat verib.

"Azərbaycandan həmin ölkələrə göndərilmiş sülhməramlı əsgərlərin sayı 30 nəfərdir. İl ərzində 4 dəfə həyata keçirilən hərbi çağırış zamanı hərbi xidmətə çağırılmış bu əsgərlər hərbi xidmətlərini vətəndə yox, müharibə gedən ölkələrdə icra edirlər. Yanvar ayında bir neçə sülhməramlı əsgərin hərbi xidmət müddəti başa çatır. Həmin əsgərlər Azərbaycana qayıdacaq, onların əvəzinə isə yeni çağırışçılar sülhməramlı əsgər qismində müharibə gedən ölkələrə göndəriləcək".

İ.Vrediyev onu da bildirib ki, artıq sülhməramlılarımızın vətənə qayıtması ilə bağlı sənədləşmə və digər hazırlıq işləri aparılır. İraqda xidmət edən bir neçə sülhməramlı əsgərimiz isə hazırda Ələnbar vilayətindədir.

Xəbər lenti

Xəbər lenti