...

Yol kənarında inşaat işlərinin aparılması qadağan edilib

Siyasət Materials 9 Dekabr 2005 13:22 (UTC +04:00)

Daxili işlər Nazirliyinin 1 dekabr tarixli qərarına uyğun olaraq, Bakı şəhərində nəqliyyatın hərəkətinə maneələrin aradan qaldırılması üçün Bakı şəhər baş polis idarəsi tərəfindən xususi tədbirlər planı hazırlanıb. Maneələrin aradan qaldırılması hərəkətin təhlükəsizliyinin təmini sahəsində görülmüş işlərin effektivliyini artırmaq məqsədilə sərt tədbirlər görüləcək.

Belə ki, Nazirlər Kabinetinin yol hərəkətinin təhlükəsizlik komissiyasının müvafiq qərarı olmadan yol hərəkətinin muvəqqəti məhdudlaşdırılması hərəkət hissəsinin daralması, səkilərin ticarət və digər məqsədlər üçün zəbt olunması, yollarda inşaat işlərinin aparılması qadağan edilir. Yasamal rayonunun M.Muxtarov, B.Bağırova, V.Məmmədov, Ə.Hüseynzadə və s. Nəsimi rayonunun M.Sənani, C.Məmmədquluzadə, A.Səhhət və s. Səbail rayonunun Topçubaşov, Tolstoy, Azərbaycan prospekti və s. Nərimanov rayonunun S.Vurğun, S.Rəhman, C.Hacıbəyov, Nizami rayonunun Şərifli, Q.Qarayev, Neapol, Babək prospekti, Binəqədi rayonunun Naxçıvani, Ziya Bünyadov prospekti və s. küçələrində inşaat işlərinin aparlıması ilə ədaqədar yolların hərəkət hissəsələrinin, piyada səkilərinin tam və ya qismən çəpərlənərək bağlanmış sahələrinin əvvəlki vəziyyətinin bərpası üçün aidiyyatlı icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqələr, lazımlı tədbirlər görülməsi və gələcəkdə belə daralmaların qarşısının alınması Bakı şəhər yol polisi idarəsinin əməkdaşlarına tapşırılıb.

Xəbər lenti

Xəbər lenti