...

MDB İqtisadi Şurasının növbəti toplantısı dekabrın 16-da Moskvada keçiriləcək

Siyasət Materials 9 Dekabr 2005 13:22 (UTC +04:00)

MDB İqtisadi Şurasının növbəti toplantısı dekabrın 16-da Moskvada keçiriləcək. Bu barədə Trend ə MDB-nin İcraiyyə Komitəsindən bildirilib.

Toplantıda əsas diqqət əməkdaşlığın əsas prioritetlərinin - iqtisadi sahədə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, MDB dövlətlərinin ümumi elektrik enerji bazarının formalaşması Konsepsiyasının təsdiqi, elektrik enerjisi və əlavə xidmətlər ticarətinin həcminin artırılması, energetika sahəsində yanacaq, enerji və hidroenerji resurslarından istifadə, ekologiyanın yaxşılaşdırılması məsələrinin müzakirəsinə yönəldiləcək.

Toplantıda Azərbaycanı baş nazirin birinci müavini Abbas Abbasov təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti