...

Naxçıvanda İran və Azərbaycan prezidentlərinin iştirakı ilə İran qazının tədarükünə başlanılması ilə əlaqədar rəsmi mərasim keçiriləcək

Siyasət Materials 9 Dekabr 2005 13:39 (UTC +04:00)

Dekabr ayının 2-ci yarısında Naxçıvan Muxtar Respublikasında İran qazının tədarükünə başlanılması ilə əlaqədr rəsmi mərasim keçiriləcək. Bu barədə eksklüziv olaraq Trend ə Azərbaycan Prezidenti İcra Aparatının xarici əlaqlər şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

Tədbirdə Azərbaycan və İran prezidentləri İlham Əliyev və Mahmud Əhmədinecatın iştirakı gözlənilir. Bu məsələ hər iki prezident tərəfindən Məkkədə İslam Konfransı Təşkilatının sammiti çərçivəsində müzakirə olunub.

N.Məmmədovun sözlərinə görə, tədbirin dəqiq tarixinə dair heç bir qərara gəlinməyib. "Prezidentlər bu barədə göstəriş verib və tərəflər tədbirin tarixini müzakirə edir", - deyə o əlavə edib.

Qeyd edək ki, İrandan NMR-ə qaz tədarükü noyabrın 3-dən başlanıb. Bu, son 15 il ərzində respublikaya ilk qaz tədarüuküdür. Hazırda Naxçıvan və Culfaya qaz verilir. NMR-də 12 mindən artın abunəçi qazla təmin olunacaq.

Birinci mərhələdə (2005-ci ilin sonuna kimi) NMR-ə 52 mln m3, 2006-cı ildə - 250 mln m3, 2004-ci ildə isə 350 mln m3 qaz tədarük olunacaq.

Xəbər lenti

Xəbər lenti