...

Parlamentdə iştirak etməyən müxalifətçi deputatlar hələ ki mandatlarını saxlayırlar

Siyasət Materials 9 Dekabr 2005 14:36 (UTC +04:00)

Parlamentdə iştirakdan imtina etmiş müxalifətçi deputatlar mandatlarının ləğv olunması ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etməyiblər. Bu məlumatı Trend ə MSK-nın katibi Natiq Məmmədov verib.

N.Məmmədov bildirib ki, əgər bu deputatlar öz mandatlarından imtina edirlərsə, onda MSK-ya müraciət etməlidirlər. MSK da iki ay ərzində bu məsələni həll etməli, yəni müvafiq qərar çıxarmalıdır. Amma 6 nəfər müxalifətçi deputatlardan heç biri MSK-ya belə bir ərizə təqdim etməyiblər.

"Belə olan halda həmin şəxslər öz deputat səlahiyyətlərini özlərində saxlayırlar. Sadəcə olaraq parlamentin iclaslarında iştirak etməməklə passiv fəaliyyət nümayiş etrirlər. Əslində bu, anormal və qeyri-müəyyən bir vəziyyət yaradıb. Mandatlarından imtina etmək qərarına gəliblərsə, MSK-ya rəsmi şəkildə müraciət olunmalıdır. Yox əgər sadəcə iclaslara qatılmırlarsa, onda Milli Məclis özü onlar barəsində qanunla müəyyən edilmiş qaydada ölçü götürəcək"-deyə N.Məmmədov bildirib.

Qeyd edək ki, mandatı ləğv olunan deputatların təmsil etdikləri partiyalar seçki komissiyalarında da təmsil olunmayacaqldar. N.Məmmədov hesab edir ki, belə olan halda MSK-nın yeni tərkibinə hazırda Milli Məclisdə təmsil olunan müxalifətçilərin partiyaları seçilə bilər.

Xəbər lenti

Xəbər lenti