...

Rino Harniş: 2006-cı il Dağlıq Qarabat münaqişəsinin nizamlanmasında "pencərə" olacaq

Siyasət Materials 9 Dekabr 2005 16:21 (UTC +04:00)
Rino Harniş: 2006-cı il Dağlıq Qarabat münaqişəsinin nizamlanmasında "pencərə" olacaq

2006-cı il Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında "pencərə" olacaq və onun həll olunması üçün gözəl imkan verəcək. Trend in məlumatına görə, bu barədə dekabrın 9-da "Xəzər " universitetinin tələbələri ilə görüşündə ABŞ-ın Azərbaycandakı səfiri Reno Harniş bildirib.

Diplomatın sözlərinə görə, Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin ədalətli dialoq vasitəsilə sülh yolu ilə və uzunmüddətli həllinin tərəfdarıyıq. "Biz münaqişənin həllində maraqlıyıq və səylərimizi ATƏT-in Minsk Qrupu çərçivəsində sərf edirik", -deyə R. Harniş bildirib və dekabrın ortalarında həmsədrlərin növbəti səfərlə Bakıya gələcəklərini qeyd edib.

Döyüş əməliyyatlarının bərpa oluna biləcəyinin mümkünlüyünə toxunan səfir qeyd edib ki, silahlı qarşıdurma "böyük dağıntılara" gətirib çıxaracaq. "Yeni müharibə bütün Cənubi Qafqaz regionunda sabitliyin pozulması ilə nəticələnə bilər. Eyni zamanda, döyüş əməliyyatlarının dirçəldilməsi Azərbaycanın ölkeənin iqtisadi inkişafına olan ümidlərinin üstündən xətt çəkə bilər", - deyə səfir bildirib.

Xəbər lenti

Xəbər lenti