...

Azərbaycan və İran ekspertləri Naxçıvana İran qazının verilməsinə başlanılması ilə bağlı rəsmi mərasimi razılaşdırır

Siyasət Materials 9 Dekabr 2005 17:12 (UTC +04:00)
Azərbaycan və İran ekspertləri Naxçıvana İran qazının verilməsinə başlanılması ilə bağlı rəsmi mərasimi razılaşdırır

Azərbaycan və İran ekspertləri Naxçıvan Muxtar Respublikasına (NMR) İran qazının verilməsinə başlanılması ilə bağlı rəsmi mərasimi razılaşdırır. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın İİR-də səfiri Abbasəli Həsənov bildirib.

"Hazırlıq işləri aparılır. Tədbir Azərbaycan və İran prezidentləri - İlham Əliyev və Mahmud Əhmədinejatın iştirakı ilə keçiriləcək" -deyə diplomat bildirib. Onun sözlərinə görə, Azərbaycan prezidenti artıq Məkkədən vətənə qayıdıb və Məkkədə o, iranlı həmkarı ilə Naxçıvanda keçiriləcək rəsmi mərasimlə bağlı danışıqlar aparıb. Tədbirin gündəliyi və vaxtı yaxın günlərdə razılaşdırma başa çatdıqdan sonra məlum olacaq.

Qeyd edək ki, mərasimin dekabrın ikinci yarısında keçirilməsi planlaşdırılıb. İran qazının NMR-ə tədarükü noyabrın 3-dən başlanılıb. Bu, son 15 il ərzində MR-ə ilk yanacaq tədarüküdür. İndi Naxçıvan və Culfa şəhərləri yanacaq alır. Qazı müntəzəm olaraq NMR-in digər yaşayış məntəqələri də alacaq. NMR-də 12 mindən çox abunəçi qazla təmin ediləcək.Eyni zamanda noyabrın 1-dən Azərbaycan qazı İranın şimal-şərq regionlarının yanacaqla təmin edilməsi üçün bu ölkəyə verilir.İlkin mərhələdə İran qazının NMR-ə idxal həcmi ildə 52 mln. m3. (2005-ci ilin sonunadək), 2006-cı ildə 250 mln. m3 təşkil edəcək, 2007-ci ildən isə həcm 350 mln. m3.-dək artırılacaq. Analoji həcmdə qaz sərhədyanı Astarada İrana qaytarılacaq.

Xəbər lenti

Xəbər lenti