...

Əli Əliyev: "AMİP daxilində baş verənlərlə bağlı son nöqtəni qoyacağam"

Siyasət Materials 9 Dekabr 2005 17:20 (UTC +04:00)

"Partiya daxilində bəzi adamlar var ki, stəkanda fırtına yaratmaq istəyirlər. Mən bütün bu məsələlərə aydınlıq gətirib son nöqtəni qoyacağam". Bu fikirləri Trend ə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Əli Əliyev bildirib.

O, son zamanlar AMİP daxilində narazılıqların baş qaldırdığını etiraf edib və bildirib ki, bu problemlər dekabrın 5-də keçirilən partiyanın Siyasi Şurasının iclasında yaranıb. "Siyasi Şurasının iclasının keçirilməsinə cəhd göstərilən zaman fikir ayrılıqları yaranıb. Mən bütün bu məsələlərə bir aydınlıq gətirmək üçün dekabrın 12-də mətbuat konfransı keçirəcəyəm, baş verənlər haqqında həqiqəti açıqlayacağam"-deyə Əli Əliyev bildirib.

Qeyd edək ki, bəzi AMİP funksionerləri hətta Əli Əliyevin partiya sədrliyindən uzaqlaşdırıla biləcəyini də söyləyib. Buna münasibət bildirən Əli Əliyev deyib ki, bu vəzifəyə kiminsə təyinatı ilə gəlməyib, partiya üzvlərinin qurultayında seçilib: "Sədr vəzifəsi mənə verilməyib, bunu özüm qazanmışam. Sədrlikdən getməyimə də partiyanın gələn qurultayında qərar verilə bilər"-deyə AMİP rəhbəri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti