...

Artur Lenk: Israil təcrübəsinin tətbiqi Azərbaycanın bölgələrində kənd təsərrüfatı məhsuldarlığının 2-4 dəfə artmasına səbəb olar

Siyasət Materials 9 Dekabr 2005 17:54 (UTC +04:00)

Dekabrın 9-da Gəncədə səfərdə olan Israilin ölkəmizdəki səfiri Artur Lenk Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında yerli mütəxəssislərinin iştirakı ilə tədbir keçirdi. O, təmsil olunduğu ölkə ilə Gəncə-Qazax zonasının təbii-coğrafi şəraiti arasında bir uyğunluq olduğunu, amma kənd təsərrüfatı sahələrində tətbiq olunan texnologiyalar arasında böyük fərq olduğunu bildirdi. Səfir dövlətinin beynəlxalq standartlara cavab verən kənd təsərrüfatının yüksək təşəkkül tapmasını istehsal və emal sahələrinin birgə fəaliyyətinin nəticəsi hesab etdi.O, Azərbaycanda kənd təsərrüfatı emal sahələrinin olmamasından təəssüfləndiyini bildirdi:

"Azərbaycanda gözəl kənd məhsulları yetişdirilir. Ancaq həmin məhsulların emalı başqa ölkələrdə həyata keçirilir. Baxın, ölkənizdəki qədər dadlı, ətirli pomidor dünyanın heç bir nöqtəsində bitmir. Amma ondan hazırlanan tomat Türkiyədən gətirilir".

A.Lenk bu problemləri yerində araşdırmaqla yaxın gələcəkdə bu sahədə əməkdaşlıq edəcəyini dedi."Əməkdaşlarımızı ölkənizə dəvət etməklə kənd təsərrüfatının müxtəlif sahələrində müasir üsulların tətbiqinə şərait yaradılacaq. Həmin üsullar imkan verəcək ki, sizin yerli iş adamları-fermerlər pomidor əkməklə bir ildə 4 dəfə məhsul götürsün".

Cənab səfir əməkdaşlığın, əsasən əkinçilik, heyvandarlıq, balıqçılıq sahələrində müasir emal sahələrinin yaradılması, suvarma sistemlərinin təkmilləşdirilməsi üzərində qurulacağını bildirib.

Tədbirdən sonra qonaq Qərb regionunda kənd təsərrüfatı üzrə ixtisaslaşmış GABA təşkilatının mütəxəssisləri ilə görüşüb.

Xəbər lenti

Xəbər lenti