...

Azərbaycan prezidenti Ərəb Dövlətləri Liqası ilə memorandumu və Bolqarıstan ilə dövlətlərarası sazişi təsdiq edib

Siyasət Materials 10 Dekabr 2005 12:11 (UTC +04:00)

Trend bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev 2005-ci il oktyabrın 16-da Qahirədə imzalanmış "Azərbaycan Respublikasının xarici işlər nazirliyi və Ərəb Dövlətləri Liqasının Baş Katibliyi arasında qarşılıqlı anlayışa dair Memorandum"un təsdiq edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, AR XİN-ə hazırkı Sərəncamın I bəndində göstərilmiş qarşılıqlı anlayışa dair Memorandumun həyata keçirilməsinin təmin edilməsi tapşırılıb.

Dövlət başçısı digər sərəncamı ilə 2005-ci ilin sentyabrın 23-də Sofiyada Azərbaycan ilə Bolqarıstan arasında imzalanmış "AR Dövlət gömrük komitəsi və BR Milli gömrük agentliyi arasında gömrük əməkdaşlığının gücləndirilməsi, o cümlədən kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində qarşılıqlı anlayışa dair Protokol", "Azərbaycan və Bolqarıstanın aviasiya orqanları arasında gələcək əməkdaşlığa dair Protokol", ""Azərbaycan teleradioverilişləri" Qapalı səhmdar cəmiyyəti ilə Bolqarıstan Milli televiziyası arasında əməkdaşlığa dair Saziş"i təsdiq edib.

Prezident İlham Əliyev Nazirlər Kabinetinə həmin sənədlərin həyata keçirilməsi üçün vacib tədbirlərin qəbul edilməsini tapşırıb.

Xəbər lenti

Xəbər lenti