...

Azərbaycan Naminə Hərəkat seçkiləri baykot edən partiyaların mövqeyini pisləyib

Siyasət Materials 10 Dekabr 2005 12:29 (UTC +04:00)

"Azərbaycan Naminə Hərəkat (ANH) əlavə seçkilərdə iştirak etməməklə bağlı qərar qəbul edən partiyaların mövqeyini pisləyir". Bu barədə Trend ə ANH-nin icra aparatının rəhbəri Taleh Əliyev bildirib.

T.Əliyev qeyd edib ki, onlar əlavə seçkilərdə iştirak edəcəklər. Nəticələri ləğv edilən seçki dairələrinin əksəriyyətində ANH-nin namizədləri təmsil olunmuşdular: "Elə həmin dairələrdən yenidən namizədlərimizi vermək qərarındayıq. Ümid edirik ki, seçki təbliğatımızı əlavə seçkilərdə daha mütəşəkkil qaydada aparmaqla qarşıya qoyulan məqsədə çatacağıq".

T.Əliyev ANH-nin lideri İlqar Qasımovun Moskvadan qayıtdıqdan sonra qurumun toplantısının keçiriləcəyini və əlavə seçkilərdə iştirakla bağlı qərarı rəsmiləşdirəcəklərini bildirib.

Xəbər lenti

Xəbər lenti