...

Brüsseldə Avropa Birliyi-Azərbaycan əməkdaşlığı Şurasının iclası keçiriləcək

Siyasət Materials 10 Dekabr 2005 14:11 (UTC +04:00)

Brüsseldə 13-14 dekabrda Avropa Birliyi-Azərbaycan əməkdaşlığı Şurasının iclası keçiriləcək. Bu barədə Trend ə AR XİN-in mətbuat mərkəzində bildirilib. İclasda iştirak etmək məqsədilə Azərbaycanın nümayəndə heyətinə başçılıq edən AR XİN başçısı Elmar Məmmədyarov dekabrın 11-də Brüsselə gedəcək.

Məsləhətləşmələrdə Avropa Birliyi və Azərbaycanın gələcək tərəfdaşlığı məsələsi müzakirə ediləcək, son iclasdan bəri görülən işlər barədə fikir mübadiləsi aparılacaq və gələn aylar üçün layihələrə baxılacaq.

Xəbər lenti

Xəbər lenti