...

Bakıda Azərbaycan və Avropa Birliyi arasında Avropa Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlıq üzrə danışıqlara start verilib

Siyasət Materials 12 Dekabr 2005 12:21 (UTC +04:00)

Dekabrın 12-də Bakıda Azərbaycan və Avropa Birliyi arasında Avropa Qonşuluq Siyasəti çərçivəsində fəaliyyət planının müzakirəsinə start verilib. Trend ə bu barədə Azərbaycanın Xarici İşlər nazirliyinin mətbuat və informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadə məlumat verib.

Onun sözlərinə görə, məsləhətləşmələr Avropa Komissiyasının Şərqi Avropa, Cənubi Qafqaz və Orta Asiya ofisinin rəisi Yuq Minqarelli və Azərbaycanın XİN başçısının müavini Mahmud Məmmədquliyev tərəfindən açılıb. Açılışda, həmçinin, AB-nin yüksək vəzifəli nümayəndələri də iştirak edib. T.Tağızadənin sözlərinə görə, bununla da Y.Minqarellinin rəhbərlik etdiyi AB nümayəndələr heyətinin missiyası başa çatıb.

Azərbaycan tərəfdən məsləhətləşməyə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev rəhbərlik edəcək.

Xəbər lenti

Xəbər lenti