...

Milli Məclisin nümayəndə heyəti AŞ PA komitələrinin iclaslarında iştirak edəcək

Siyasət Materials 12 Dekabr 2005 12:48 (UTC +04:00)

Dekabrın 13-dən 15-nə kimi Parisdə Avropa Şurası Parlament Assambleyasının monitorinq, siyasi məsələlər və Çeçenistan üzrə alt komitələrinin iclasları keçiriləcək. Trend ə bu barədə Azərbaycan Milli Məclisinin mətbuat xidmətindən bildirilib.

Tədbirdə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr üzrə daimi komissiyasının sədri, MM-in AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputlar qrupu iştirak edəcək. Nümayəndə heyətinin tərkibinə deputatlar Bəxtiyar Əliyev və Asim Mollazadə daxildir.

İclaslarda Çeçenistan, Belarus və Kiprdə vəziyyət, dekabrın 1-3-də həmməruzəçilərin Azərbaycana səfəri, Ermənistanda referendumun yekunları ilə bağlı məsələlər müzakirəyə çıxarılacaq. Siyasi məsələlər üzrə komitənin iclasında deputat Asim Mollazadə Belarusda vəziyətlə bağlı məruzə ilə çıxış edəcək. Səməd Seyidov isə müzakirə olunan məsələlərlə bağlı çıxış edərək Azərbaycan tərəfin münasibətini bildirəcək.

Xəbər lenti

Xəbər lenti