...

Milli Dirçəliş Hərəkatının lideri Ali Məhkəmənin cavabını gözləyir

Siyasət Materials 12 Dekabr 2005 12:52 (UTC +04:00)

Milli Dirçəliş Hərəkatının lideri Fərəc Quliyev Ali Məhkəmənin cavabını gözləyir. Bu barədə Trend ə MDH liderinin özü bildirib.

O qeyd edib ki, məhkumluğunun üzərindən götürülməsi ilə bağlı iki aydan çoxdur ki, Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət edib. Ancaq bu vaxtadək cavab verilməyib: "Noyabrın 6-da keçirilmiş parlament seçkilərinə bu səbəbdən qatıla bilmədim. Keçiriləcək əlavə seçkilərə qatılmaq fikrindəyəm".

MDH lideri onu da bildirib ki, Ali Məhkəmə də onu qane etməyən qərar çıxararsa, bu zaman Konstitusiya Məhkəməsinə kassasiya şikayəti ilə müraciət edəcək: "Mübarizəmi Avropa İnsan Haqları Məhkəməsinədək davam etdirəcəm", - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti