...

Tahir Kərimli Baş Məclisin qərarına tabe olacaq

Siyasət Materials 12 Dekabr 2005 12:54 (UTC +04:00)

"Vəhdət Partiyası əlavə seçkilərdə iştirak etmək fikrində deyil". Bu barədə Trend ə adıçəkilən partiyanın sədri Tahir Kərimli bildirib.

Partiya sədri qedy edib ki, onlar 6 noyabrda keçirilən parlament seçkilərinin nəticələrini tanımayıblar: "Belə olan təqdirdə əlavə seçkilərə qatılmaq məntiqsizdir". Ancaq məsələnin partiyanın Siyasi Şurasında müzakirə olunacağını bildirən T.Kərimli daha sonra deyib: "Əgər Siyasi Şura əlavə seçkilərdə iştirak etməklə bağlı qərar qəbul edərsə, onda mən partiyanın Baş Məclisinə şikayət edəcəm. Baş Məclis nə qərar qəbul edərsə, ona tabe olmaq məcburiyyətində qalacam".

T.Kərimli açıq şəkildə bildirib ki, şəxsən o, əlavə seçkilərə qatılmaq fikrində deyil.

Xəbər lenti

Xəbər lenti