...

Zoltan Sigeti: "Sülh Korpusu" Azərbaycanda uzun müddətli əsasda fəaliyyət göstərəcək

Siyasət Materials 12 Dekabr 2005 16:00 (UTC +04:00)
Zoltan Sigeti: "Sülh Korpusu" Azərbaycanda uzun müddətli əsasda  fəaliyyət göstərəcək

Amerikanın "Sülh Korpusu" (Peace Corps) xeyriyyə təşkilatı Azərbaycanda uzunmüddətli əsasda fəaliyyət göstərəcək. Bunu respublikaya könüllülərin yeni (sayca dördüncü) partiyasının göndərilməsi barədə qərar sübut edir. Bu barədə Trend ə müsahibəsində "Sülh Korpusu" nun Azərbaycan üzrə direktoru Zoltan Sigeti bildirib.

Onun sözlərinə görə, "Sülh Korpusu" (SK) Azərbaycanda 2003-cü ildən fəaliyyət göstərir. Təşkilatın bütün fəaliyyəti Azərbaycanın Təhsil və İqtisadi İnkişaf Nazirlikləri arasında bağlanmış razılaşmalara əsaslanır. İşlər iki əsas proqram əsasında həyata keçirilir: ingilis dilinin tədrisi və biznes fəaliyəti üzrə məsləhətləşmələr. "Bu gün Azərbaycanda SK-nun 79 könüllüsü yerləşir ki, onlardan 66 nəfəri orta məktəblərdə ingilis dili müəllimi, 13 nəfəri isə biznes məsləhətçisi kimi çalışır", - deyə S. Zigeti bildirib.

O xatırladıb ki, 2005-ci il dekabrın 12-də respublikada 27 aylıq işlərdən sonra yalnız dil müəllimləri olan SK-nun könüllülərinin ilk qrupu Azərbaycanı tərk edərək ABŞ-a qayıdırlar. Onların əvəzinə 2006-cı ilin yayında Bakıya könüllülərin yeni qrupu gələcək.

Z. Sigeti qeyd edib ki, könüllülərin ikinci qrupu Bakıya 2004-cü ilin oktyabrında , üçüncü qrup isə 2005-ci ilin avqustunda Sumqayıtın Kimyaçılar Sarayında keçirilən mərasimdə and içmişdilər. ;-cü qrupun Bakıya 2006-cı ilin yayında gələcəyi ehtimal edilir. Onun tərkibinə 25 nəfər ingilis dili müəllimi və 20 biznes-məsləhətçi daxildir.

Z. Sigetinin məlumatına görə, SK ABŞ hökuməti tərəfindən maliyyələşqdirilən təşkilatdır və bu gün burada 8 min könüllü fəaliyyət göstərir. SK-nun öz proqramlarını reallaşdırdığı ölkələrin sayı 140-a çatır, onlardan 70-də proqramlar uğurla başa çatdırılıb.

"Sülh Korpusu" Azərbaycanıdakı fəaliyyətinə mühüm əhəmiyyət verir",-deyə korpusun rəhbəri bildirib və Bakıya göndərilən könüllülərin sayı barədə təklif Azərbaycan hökumətinin müzakirəsinə verilir və müzakirələrdən sonra hər bir konkret qrupda könüllülərin sayı barədə birgə qərar qəbul edilir.

SK-da iştirak prosesi aşağıdakı sxem üzrə həyata keçirilir. ABŞ-da vətəndaşlar "Sülh Korpusu"nda könüllü kimi iştirak etmək üçün müraciət edirlər. Sonra 9 ay davam edən seçim aparılır. Həmin dövrdə könüllü olacağı ölkə barədə hərtərəfli məlumat alır. Seçim başa çatdıqdan sonra könüllülər 3 ay Azərbaycan dili və mədəniyyətinin öyrənilməsi üzrə dil treninqi keçirlər.

"SK könüllüləri 53 təşkilatda və 22 icmada fəaliyyət göstərməklə artıq Azərbaycanın 5138 vətəndaşının potensialının artırılmasına öz töhvələrini veriblər", -deyə sonda Z. Sigeti bildirib.

Qeyd edək ki, SK ABŞ prezidenti Con Kennedinin göstərişi ilə yaradılıb və 1961-ci il martın 1-dən fəaliyyət başlayıb. Hazırda onun tərkibində 7 minə yaxıne könüllü fəaliyyət göstərir. Onların böyük əksəriyyətini (61%) qadınlar təşkil edir. Korpusun mövcüd olduğu 41 il ərzində onun strukturunda 165 min adam çalışıb. Təşkilatın büdcəsi 2002-ci ildə $275 mln təşkil edib. Korpusa Qaddi Vaskes rəhbərlik edir.

Korpusun məqsədi planetin inkişaf etməkdə olan ölkələrinə və onların vətəndaşlarına ekoloji davranışın yoxlanılmasında, iqtisadi artım üçün imkanların yaradılmasında və yerli səviyyədə kənd təsərrüfatının məhsuldarlığının artırılmasına kömək etməkdir

Xəbər lenti

Xəbər lenti