...

Əli Abbasov: "2007-ci ildə Azərbaycanda sürətli informasiya ötürmə şəbəkəsi yaradılacaq"

Siyasət Materials 12 Dekabr 2005 16:03 (UTC +04:00)
Əli Abbasov: "2007-ci ildə Azərbaycanda sürətli informasiya ötürmə şəbəkəsi yaradılacaq"

2007-ci ildə bütün Azərbaycan üzrə sürətli informasiya ötürmə xətlərinin verilmə şəbəkəsi hazır olacaq. Trend xəbər verir ki, bu məlumatı jurnalistələrlə söhbətində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov açıqlayıb.

Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi "Milli Elektron İdarəçilik şəbəkəsi Təşəbbüsü" texniki yardım layihəsi "AzDATACOM" Milli Məlumatların ötürülməsi şəbəkəsi Magistralı yaradılacaq. Bunun üçün elan olunmuş tenderin artıq qalibi də müəyyənləşib. Hazırda qalib şirkət tərəfindən bu istiqamətdə müvafiq işlər həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti