...

Vakant hakim yerlərinə keçirilmiş yazılı imtahanların cavablarının yoxlanılmasına Avropa Şurasının ekspertləri cəlb olunacaq

Siyasət Materials 12 Dekabr 2005 16:28 (UTC +04:00)

Vakant hakim yerlərinə keçirilmiş yazılı imtahanların ikinci mərhələsinin cavablarının yoxlanılmasına Avropa Şurasının ekspertləri cəlb olunacaq. Bu bərədə Trend ə hakimlərin seçki komitəsinin üzvü, Apelyasiya məhkəməsinin hakimi Həmid Həmidov bildirib.

Onun sözlərinə görə, AŞ tövsiyyəsi əsasında keçirilən imtəhanların şəfflığının təmin olunması üçün qrumun gkspertləri yoxlamalarda iştirak etmək istədiklərini bildiriblər. Xarici gkspertləri yaxın günlərdə Bakıya gələcəyi gözlənilir.

Ekspertlər inşa və qiymətləndirmə ilə tanış olacaqlar. Nəticələrin qiymətləndirilməsi hakimlərin seçki komitəsi və hakimlər tərəfindən aparılacaq. Cavablar ikiqat yoxlamadan keçiriləcək.

Xəbər lenti

Xəbər lenti